2022-ci il martın 21-nə olan məlumata görə, Ermənistan tərəfdən Qarabağdakı 44 günlük müharibə zamanı ölən hərbçilərin və mülki şəxslərin sayı 3822 nəfər təşkil edir.
Manevr.az xəbər verir ki, bu məlumatı bazar ertəsi Ermənistan İstintaq Komitəsi yayıb.
Qeyd olunur ki, 187 hərbçi və 21 mülki şəxs itkin düşmüş hesab olunur.
Döyüş əməliyyatlarından sonra Azərbaycan tərəfinin qaytardığı əsirlərin sayı 150-yə çatıb.
Onların arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər var.
Sonuncu dəfə İstintaq Komitəsi itkilərlə bağlı məlumatı bu il yanvarın 19-da vermişdi.
Xatırladaq ki, 44 günlük müharibə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam edib./modern.az
Xəbər lenti
Ermənistanın 44 günlük müharibədəki itkiləri - Yeni rəqəm açıqlandı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































