Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rus ordusu hücum mövqeyində - “Yaxın vaxtlarda..."

Tarix: 20-03-2022 18:28     Baxış: 3185 A- / A+
Rus qoşunları yaxın vaxtlarda Kiyev vilayətində İrpen çayını keçməyə cəhd edə bilər.
Manevr.az xəbər verir ki, bu barədə Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk məlumat verib.
“Düşmənin əsas vəzifəsi Kiyev şəhərini şimaldan və şimal-qərbdən mühasirəyə almaq və ya ələ keçirməkdir. Ola bilsin ki, yaxın vaxtlarda düşmən İrpen çayını keçməyə çalışsın”, - Pavlyuk bildirib.
Onun sözlərinə görə, rus qoşunları bu məqsədlə şəxsi heyətinin sayını artırır, maddi-texniki təminat yaratmağa çalışır, fəal şəkildə Ukrayna qoşunlarının havadan kəşfiyyatını aparır.
Pavlyuk qeyd edib ki, rus qüvvələri hazırda paytaxt yaxınlığındakı yaşayış massivləri və yaşayış məntəqələrindəki infrastrukturu məqsədsiz, xaotik şəkildə atəşə tutur.

O, məlumat verib ki, paytaxtın bütün rayonlarında müdafiə quruculuğu işləri aparılır: “Müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətindədir. Keçid məntəqələri gücləndirilir, istehkamlar tikilir. Vəziyyət ağırdır, amma nəzarət altındadır”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar