Xəbər lenti
“Putin yeraltı bunkerler hazırlayır“ - Generaldan sensasion açıqlama
Rusiya rəhbərliyi nüvə müharibəsi olacağı təqdirdə ölkənin şərqində yeraltı şəhər hazırlaya bilər.
Manevr.az xəbər verir ki, Martın 17-də həyata keçirilən hökumət reysləri bunu dolayısı ilə təsdiq edir. Bunu “Obozrevatel” nəşrinə müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri, ordu generalı Nikolai Malomuj deyib.
Onun sözlərinə görə, Putin çətin ki, “nüvə düyməsini” bassın, lakin o, Ukraynadakı müharibənin NATO ilə qlobal münaqişənin "detonatoruna" çevrilə biləcəyini anlayır.
Malomuj bildirib ki, ruslar yeraltı qurğuların tam yoxlanışını və idarə sistemlərinin sınaqlarını həyata keçirirlər.
“Əgər həqiqətən belə uçuşlar olubsa, bu o deməkdir ki, bu obyektlər praktiki istifadəyə hazırlanır”, - ordu generalı vurğulayıb.(virtualaz.org)
O əlavə edib ki, söhbət bütün şəhərdən bir neçə on metr dərinlikdə olan qapalı yeraltı bunkerlərdən gedir. Burada bütün kommunikasiya sistemləri, o cümlədən digər regionlarla yeraltı rabitə, muxtar elektrik təchizatı, havanın təmizlənməsi daxil olmaqla muxtar həyatı təmin edən model mövcuddur. Malomujun sözlərinə görə, orada insanlar bir ilə qədər yaşaya bilər.
"Mən nüvə müharibəsinin olacağını düşünmürəm. Lakin Putinin bütün dünyanı uçurumun kənarında saxlayacağına heç bir şübhə yoxdur", - deyə general yekunlaşdırıb.
Bundan əvvəl Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski mənbələrə istinadən Putinin fiziki ləğv olunmaqdan qorxduğunu, buna görə də uzun müddətdir ki, Kremlə getmədiyini bildirib. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb./yenisabah.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar