Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putinə qurulan BÖYÜK TƏLƏ: ya istefa, ya da...

Tarix: 20-03-2022 15:48     Baxış: 4229 A- / A+

Rusiya elitası arasında Vladimir Putinə müxalif olan bir qrup şəxs formalaşır. Həmin qrupun Putini aradan qaldıracağı və ya onu istefaya göndərəcəyi bildirilir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Rusiyanın biznes və siyasi elitası arasında Vladimir Putinə müxalif olan bir qrup nüfuzlu fiqur formalaşır. Onların məqsədi Putini tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaq və Qərblə iqtisadi əlaqələri bərpa etməkdir” - kəşfiyyatdan bildirilib.
Məlumata görə, Rusiya Federasiyasının siyasi elitasının müəyyən hissəsi Federal Xidmətin direktoru Aleksandr Bortnikovu Putinin varisi hesab edir. Ancaq o, son vaxtlar Rusiya liderinin gözündən düşüb. FTX rəhbərinin rüsvay olmasının rəsmi səbəbi Ukraynaya qarşı müharibədə riskli səhv hesablamalardır. 
“Məlumdur ki, Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu üzvləri Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları, xüsusən də zəhərlənmə, qəfil xəstəlik və ya digər “təsadüflər”i nəzərdən keçirirlər” - Ukrayna kəşfiyyatı qeyd edib.
Kəşfiyyat məlumatlarına görə, bu proseslərin Kiyevin şimalında mövqe tutan çeçen bölmələrinin son vaxtlar “boşaldılması” ilə bağlı olması mümkündür: “Yəqin ki, FTX rəhbərliyi Kadırovun təsirini belə zəiflətməyə çalışır. Bu, həm də Rusiya Federasiyasının hazırkı rəhbərliyindən yan keçərək, əvvəlcədən Ukrayna hakimiyyəti ilə əməkdaşlıq qurmaq cəhdi ola bilər”.
Qərb kəşfiyyatına görə, Rusiya lideri beyin pozğunluğundan əziyyət çəkir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar