Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürüldü

Tarix: 20-03-2022 13:58     Baxış: 4201 A- / A+
Rusiyanın  daha bir yüksək rütbəli zabiti öldürüldü
Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı Qara Dəniz Donanması komandirinin hərbi-vətənpərvərlik işləri üzrə müavini, 1-ci dərəcəli kapitan Andrey Paliyin həlak olduğu bildirilir. 

Bu barədə sosial şəbəkədə Sevastopol Naximov adına Hərbi Dənizçilik Məktəbinin ictimai şurasının katibi Konstantin Tsarenko yazıb. Bu yazı hazırda bağlıdır, lakin onun skrinşotu TSN tərəfindən yerləşdirilib.
Həmçinin, Paliyin ölümü haqqında keçmiş dəniz zabiti İqor Savostin paylaşım edib. Onun sözlərinə görə, ölümündən əvvəl Qara Dəniz Donanması komandirinin müavini Mariupol yaxınlığında "əsl komissar kimi dəniz piyadalarını hücuma qaldırıb".
İnsider xəbər verir ki, kapitan Andrey Paliy əslən Kiyev şəhərindəndir və 1990-cı illərin əvvəllərindən Rusiya Hərbi Dəniz Qüvvələrində xidmət edir. O, 2008-ci ildə Gürcüstan sahillərinin blokadasında və 2014-cü ildə Krımın ilhaqında iştirak edib.

Ukrayna tərəfi fevralın 24-də Rusiya işğalı başlayandan bəri altı rus generalının öldüyünü bildirir. Əfqanıstanda 10 illik müharibə zamanı SSRİ Silahlı Qüvvələrinin eyni sayda generalı həlak olub.

Rusiya tərəfi yalnız general Andrey Suxovetskinin (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu) ölümünü rəsmən tanıyıb. Generallar Andrey Mordviçev (Cənub Hərbi Dairəsinin 8-ci Ordusu) və Andrey Kolesnikovun (Şərq Hərbi Dairəsinin 29-cu Ordusu) ölümü ilə bağlı xəbərləri Rusiyada təkzib edilməyib.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar