Xəbər lenti
Gürcüstanda hakim partiya Zelenskinin parlamentdəki çıxışına mane olub?

Bu barədə “Novosti Qruziya” saytı məlumat yayıb.
Öncə parlamentin kiçik fraksiyası “Lelo” belə bir təşəbbüslə çıxış edib. Bundan sonra keçmiş prezident Mixail Saakaşviliyə yaxınlığı ilə bilinən “Vahid milli hərəkat” fraksiyasının lideri Xatiya Dekanoidze Vladimir Zelenskinin özünün də Gürcüstan parlamentində çıxış etmək istədiyini söyləyib.
Lakin iqtidar partiyası buna qəti surətdə qarşı çıxıb. “Gürcü arzusu” fraksiyasının rəhbəri Mamuk Mdiniradze müxalifəti Gürcüstanın Ukrayna ilə münasibətlərini korlamaq istəməkdə suçlayıb. Onun sözlərinə görə, belə bir çıxışın təşkil olunması parlamentin işi deyil.
Parlamentin spikeri Şalva Papiaşvili isə müxalifətin fikrini “absurd” adlandırıb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar