Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baltikyanı dövlətlər, Polşa, Gürcüstan, Moldova - Rusiyanın növbəti hədəfləri?

Tarix: 19-03-2022 20:08     Baxış: 3227 A- / A+




Rusiya vətəndaşlarının 86,6 faizi ölkənin Avropa İttifaqı dövlətlərinə, o cümlədən Polşa, Estoniya, Litva, Latviya, Bolqarıstan, Çexiya və Slovakiyaya hücumunu istisna etmirlər. Onlar Rusiya rəhbərliyinin belə qərar qəbul edəcəyi təqdirdə hakimiyyəti dəstəkləyəcəklərini deyiblər.
"Active Group" şirkətinin Rusiya Federasiyasında keçirdiyi sorğunun nəticələri belədir.
Rusiyalıların 75,5 faizi Ukraynadan sonra növbəti ölkəyə hücum ideyasını dəstəkləyir, həmin ölkənin Polşa olacağını hesab edirlər. Rəyi soruşulanların fikrincə bu, Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatın məntiqi davamı" olardı.

Bundan başqa, sorğu iştirakçılarının təxminən 75 faizi Rusiyanın nüvə silahından istifadə etməsini mümkün sayırlar.
Rusiya vətəndaşlarının 13,4 faizi başqa ölkələrə hərbi müdaxilənin əksinə olsa da, 46 faiz hesab edir ki, Rusiya mütləq Avropa İttifaqına hücum etməlidir.

Respondentlərin 40,6 faizi isə Ukraynadakı hərbi əməliyyatların başqa ölkələrə keçməsini mümkün sayırlar.
Rusiyanın bundan sonrakı potensial hücum hədəfi olan ölkələr Polşa (respondentlərin 75,5 faizi), Estoniya, Litva və Latviya (41 fiaz), Bolqarıstan, Çexiya, Slovakiya və Macarıstandır (39,6 faiz).
Növbəti hədəfin Gürcüstan olacağını respondentlərin 32,4 faizi deyib. 28, 8 faiz isə əmindir ki, növbəti hədəf Moldovadır.
Sorğu zamanı respondentlər bir neçə ölkə seçə bilərdilər.milli.az

Manevr.az

Rusiyalıların yalnız 25,5 faizi ölkənin nüvə silahından istifadəsinə qətiyyətlə etiraz edib.
Respondentlərin 40,3 faizi nüvə hücumunu mümkün sayıb, 34,3 faizi isə Rusiyanın hakimiyyət dairələrinin belə qərarını hər hansı formada dəstəkləyəcəyini vurğulayıb.
Sorğu 11-14 mart tarixlərində CATİ (kompüterdən istifadə etməklə telefonla müsahibə) metodu ilə keçirilib. 1557 respondentin rəyi soruşulub.

Zənglər "Viber" messenceri vasitəsilə edilib.
Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar