Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenski: Ukraynanın işğalı planı iflasa uğradı

Tarix: 19-03-2022 12:16     Baxış: 3192 A- / A+


Ukrayna ordusu bir çox istiqamətlərdə Rusiya qoşunlarının qarşısını alıb.
Manevr.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.
"Ukrayna Silahlı Qüvvələrinin cəsurluğu və hazırlığı sayəsində işğalçı qoşunların demək olar, bütün istiqamətlərdə fəaliyyəti dayandırıldı. Xarkov vilayətində çətin döyüşlər, xüsusə İzum yaxınlığında ağır hərbi əməliyyatlar gedirdi. Rus qoşunları hətta ora təlim mərkəzlərindən hərbçilər göndəriblər. Tam hazırlıqsız kontingent. Döyüşdə yarım saat belə dözə bilməyən insanlar”, - prezident videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, ordu Kiyev, Sum və Çerniqov vilayətlərində, eləcə də Ukraynanın cənubunda düşmənin qoşununu dayandırıb:
"Kiyev, Sum, Çerniqov vilayətlərində, ölkəmizin cənubunda ordu işğalçıları dayandırdı. Rusiya hərbçilərinin dövlətimizi ələ keçirmək üçün ilkin planı iflasa uğradı. Və hiss olunur ki, onlar bizimlə nə etmək mümkün olduğunu bilmirlər. Görünür, onların hərbi komandirləri siyasi liderlərinə bizi əldən salmaq, Ukraynanı tükəndirmək üçün qəddar və yanlış taktikadan başqa bir şey təklif edə bilmirlər”.
Prezident qeyd edib ki, “onların (Rusiya -red) hərbçilərinin bu taktikası yalnız həmin ölkə üçün vəziyyəti gərginləşdirir./report

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar