Bu həftənin əvvəlində rus təbliğatçıları açıq şəkildə Avropa və NATO-nu hədələdilər. Onlar Ukraynanın işğalı ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq edilən Qərb sanksiyalarına mütləq cavab verəcəklərini bildirdilər. İndi isə Rusiya hakimiyyətinin və xüsusən də ölkə Prezidenti Vladimir Putinin hədsiz geosiyasi ambisiyalarının daha bir sübutu ortaya çıxıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat UNIAN-da yer alıb.
Bildirilib ki, Rusiya Prezidenti həqiqətən də Avropa ilə genişmiqyaslı müharibəyə başlamaq istəyir. Onlar bunu bu yaxınlarda vurulmuş Rusiyaya məxsus helikopterin üzərindəki yazı ilə izah ediblər.
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ötən gün Rusiyanın çoxməqsədli “Mi-24” helikopterini vurub. Bu gün isə Ukrayna mediasında bu texnikanın yeni bir fotoşəkili ortaya çıxıb. Məlum olub ki, helikopterin gövdəsində “Berlinə” yazısı yer alıb.Məlumatda qeyd edilir ki, bu “Mi-24” İkinci Dünya Müharibəsində iştirak etməyib. Bu model çeşidli avadanlıqların seriyalı istehsalına yalnız 1971-ci ildə başlanılıb.
Ukrayna rəsmiləri bu kontekstdə Vladimir Putin və digər rusiyalı yüksək rütbəli şəxslərin real planları haqqında nəticələr çıxarır və Avropa İttifaqı ölkələrinin, xüsusilə də Almaniyanın hədəf olduğunu iddia edirlər.