Xəbər lenti
Hər sətiri qan dondurdu! 13 yaşlı qızların 2-si də hamilədir

İzmirin Kiraz ilçəsində evli və 2 uşaq atası 49 yaşlı M.A. 4 ay öncə anası evdə olmayanda 6-cı sinif şagirdi 13 yaşlı T.K.-ya ağzını bağlayaraq təcavüz edib.
A24.Az xəbər verir ki, M.A.-nın “Bunu heç kimə demə, səni alacağam. Birinə desən öldürərəm” dediyi iddia edilən kiçik qızın hərəkətlərindən şübhələnən nənəsi nəvəsi ilə söhbət edərkən hər şey ortaya çıxıb. Xəstəxanaya aparılan T.K.-nın 4 aylıq hamilə olduğu açıqlanıb. Bundan sonra azyaşlı qız polis tərəfindən qoruma altına alınıb. Özü və ailəsi uşağı istəmədiyinə görə, T.K.-nın qısa müddətdə abort etdirməsinə icazə verilib.
Ege Universitetinin Tibb fakultəsinə aparılan qızın bu ay abort ediləcəyi bildirilib. T.K.-nı müayinə edən həkimlər qızlıq pərdəsinin pozulmadığını, hadisə anında alt paltarında olan spermlərin cinsi orqana axması nəticəsində hamilə qaldığını açıqlayıb.
İfadə verən M.A. münasibətə girmədiyini və təcavüz etmədiyini müdafiə edib. M.A.-nın sosial mediada T.K.-nın şəklinə “kiraz gözəli” deyə şərh yazdığı da ortaya çıxıb.
Xatırladaq ki, ötən həftə sizə yenə eyni ilçədə özünü piss hiss edən 13 yaşlı M.A.-nın aparıldığı xəstəxanada 8 aylıq hamilə olduğunun ortaya çıxması xəbərini vermişik. M.A. bildirib ki, bir neçə dəfə 28 yaşlı Y.K. ilə münasibətdə olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar