Xəbər lenti
Şəxsi heyət ruhdan düşüb, fərarilik halları artır
Gün ərzində Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci birləşmiş ordusunun komanda məntəqəsi və dayaq bölmələri məhv edilib.
Manevr.az bildirir ki, bu barədə Facebook-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Rusiyanın hücumu ilə bağlı saat 06.00-a olan operativ məlumatında bildirilib.
Qeyd olunur ki, son sutka ərzində müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib. Ukrayna Silahlı Qüvvələri möhkəmlənməyə və ələ keçirilən xətlərin müdafiəsini saxlamağa çalışan düşmən qoşunlarının qruplaşmalarına sarsıdıcı zərbələr endirməkdə davam edib.
"Ukraynalı müdafiəçilər gün ərzində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini və dayaq hissələrini məhv ediblər, düşmənin itkiləri dəqiqləşdirilir", - məlumatda deyilir.
Qeyd olunur ki, quru əməliyyatı keçirməkdə uğur qazanmayan düşmən Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.
Həmçinin bildirilir ki, rus əsgərləri informasiya məkanında məkrli fəaliyyətlərini davam etdirirlər - onlar kiberhücumlar həyata keçirir, televiziya və radio siqnallarının təkrarlayıcılarını fiziki olaraq məhv edir, Ukraynanın ali hərbi-siyasi rəhbərliyini və dövlət başçısını nüfuzdan salmaq məqsədilə kütləvi informasiya kampaniyasını davam etdirirlər, - məlumatda qeyd olunur.
Rusiya qoşunları itki verməkdə davam edir. Onların döyüş hissələrinin və dəstək hissələrinin cəlb edilməsində böyük problemləri var. Düşmənin şəxsi heyəti ruhdan düşüb, bu da fərarilik hallarının və Rusiya ordusunda Ukrayna ərazisindəki müharibədə iştirakdan imtina hallarının artmasına səbəb olub", - məlumatda deyilir.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar