Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Ədalət Məhkəməsi Rusiya ilə bağlı qərar qəbul etdi

Tarix: 16-03-2022 21:57     Baxış: 3256 A- / A+
"Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiyaya qarşı iddiasında tam qələbə qazanıb".

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.

"Beynəlxalq Ədalət Məhkəməsi işğalı dərhal dayandırmağı tələb edir. Bu qərar beynəlxalq hüquq çərçivəsində məcburidir. Rusiya dərhal buna əməl etməlidir. Sərəncama məhəl qoymamaq Rusiyanı daha da təcrid edəcək", - Zelenski deyib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin yaydığı sənədə görə, Rusiya Federasiyası iş üzrə yekun qərara qədər, 24 fevral 2022-ci il tarixində Ukrayna ərazisində başladığı hərbi əməliyyatları dayandırmalıdır.

Bundan əlavə, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın hərbi dəstək verməklə bağlı Rusiya Federasiyasına müraciəti barədə bəyanatını xatırladaraq, məhkəmə hesab edir ki, Rusiya Federasiyası, həmçinin təmin etməlidir ki, onun rəhbərlik etdiyi və ya dəstəklədiyi hər hansı hərbi və ya qeyri-qanuni silahlı birləşmələr, habelə onun nəzarətində və ya rəhbərliyi altında olan hər hansı təşkilat və şəxslər bu hərbi əməliyyatların davam etdirilməsi üçün heç bir addım atmasınlar. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar