Xəbər lenti
Ukraynadan Belarusun Qomel vilayətinə cəsədlər daşınır - Dəhşət

Manevr.az xəbər verir ki, bu barədə “Azad Avropa” radiostansiyasının Belarus xidməti xəbər verib.
Nəşrin mənbələri bölgədə yaralı rus əsgərlərinin müalicə olunduğunu da qeyd edir.
Yerli sakinlər yaralıların Ukraynadan quru və vertolyotlarla Belarusun Narovlyasına gətirildiyini, daha sonra Mozır və Qomelə, meyitlərin isə qatar və təyyarə ilə Rusiyaya aparıldığını bildiriblər.
“Biz Mozır xəstəxanasında idik. Orada o qədər çox yaralı rus var, sadəcə dəhşətdir. Onların nalələri bütün xəstəxananı bürüyüb, qulaq asmaq mümkün deyil”, - nəşrin həmsöhbəti bildirib.
Başqa bir mənbə deyib ki, təkcə bazar günü Mozırda yüzə yaxın rusiyalı əməliyyat keçirib, bazar ertəsi isə daha çox olub. Bütün həkimlər, o cümlədən terapevtlər onların müalicəsində və cərrahiyyə əməliyyatlarında iştirak edirlər. Yerli sakinlərə yardım hələ də davam edir, lakin tezliklə problemlər yarana bilər.
Mənbələrin bildirdiyinə görə, məlumat birbaşa həkimlərdən gəlmir - hətta tibb bacıları müqavilənin ləğvindən qorxaraq belə məlumatların açıqlanmaması ilə bağlı müqavilə imzalayıblar.
Bundan başqa, Narovlyada tam hüquqlu səhra xəstəxanası yaradılıb.
Narovlyadan başqa bir mənbə deyir ki, rayon mərkəzi hərbi şəhərcik kimi nəsə etmək istəyir.
“İndi bizim çoxlu texnikamız və ordumuz var. Onlar müxtəlif istifadə olunmamış obyektləri tuturlar. Keçmiş rayzaqın (rayon tədarük cəmiyyətinin ) bazasında Ukraynadakı döyüşlərdə xarab olan texnika təmir edilir”, - deyə mənbə bildirib.
Qomeldən olan həkim adının çəkilməsini istəməyən bildirib ki, o, Qomel və Mozır sakinlərinə planlı yardım göstərir.
“İnsanlar çaxnaşma içindədir, amma hələlik yardım edilir və kifayət qədər dərman var. Bundan sonra nə olacağı hələ məlum deyil. Düşünürəm ki, tetanoz əleyhinə dərmanlarla bağlı problemlər olacaq”, - deyə həkim bildirib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar