Xəbər lenti
"Bizə budapeştsayağı təhlükəsizlik zəmanəti lazım deyil" - Podolyak

Manevr.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak teleqram kanalında yazıb.
O əlavə edib ki, Ukrayna heç vaxt qonşularına hücum edən və ya etməyi planlaşdıra militarist dövlət olmayıb:
“Buna görə də bu gün Ukrayna aydın şəkildə müəyyən edilmiş təhlükəsizlik zəmanətləri ilə həqiqətən güclü müttəfiqliyə sahib olmaq istəyir”.
Qeyd edək ki, Ukraynanın Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair Memorandum (və ya qısaca Budapeşt Memorandumu) Ukraynanın Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair dövlətlərarası sənəddir. 1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb və hələ də heç bir dövlət tərəfindən ratifikasiya edilməyib.
Rəsmi Kiyev üçün Budapeşt Memorandumu 2014-cü ilin əvvəlində Rusiyanın Krımı ilhaq etməsi ilə ən mühüm sənədə çevrilib. Memorandumun interpretasiyasının əsas problemi sənədin ratifikasiya olunmamasıdır. Ukrayna israr edir ki, sənəd dövlət başçıları tərəfindən imzalanıb və imzalandığı andan qüvvəyə minib. Bu mövqenin əleyhdarları hesab edirlər ki, memorandum ratifikasiya olunmadığı üçün sənədi sadəcə bəyannamə hesab etmək olar./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar