Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibədə ölən 94 erməninin cəsədi hələ də morqlarda saxlanılır - SƏBƏB

Tarix: 16-03-2022 14:13     Baxış: 4203 A- / A+
Müharibədə ölən 94 erməninin cəsədi hələ də morqlarda saxlanılır (SƏBƏB)
2020-ci ildəki 44 günlük  müharibədən təxminən il yarım keçsə də, cəsədlər və izlər Ermənistandakı müxtəlif morqlarda hələdə qalmaqdadır.
Ermənistanın Səhiyyə Nazirliyinin  rəsmiləri bu mövzuya bir daha toxunaraq, qalıqların araşdırıldığını, lakin valideynlərin onları götürməkdən imtina etdiyini bildirib: "Bizdə elə cəsədlərin qalıqları  var ki, onların kimliyi müəyyən edilib, nəticələr iki dəfə, bəzi hallarda başqa ölkələrdə üç dəfə təsdiqlənib, lakin qohumlar hələ ki, qalıqları götürüb dəfn mərasimini həyata keçirməyə razı deyillər”.
Rəsmilər hazırda morqlarda nə qədər cəsəd saxlandığına dair cavab vermək səlahiyyətinin olmadığını deyib və jurnalistləri bu məlumatı istintaq orqanlarından öyrənməyə çağırıb.
İstintaq Komitəsindən isə təxminən bir ay əvvəl yazılı sorğuya cavab olaraq bildirilib:
"2020-ci ildəki müharibə nəticəsində həlak olan hərbçilərin və mülki şəxslərin ümumi sayı 3812 nəfərdir. Ölən 3812 nəfərdən 1421-nin şəxsiyyəti məhkəmə-genetik ekspertizanın nəticələri ilə müəyyən edilib.
Həlak olan 3812 hərbçidən 94-nün yaxınları məhkəmə-genetik ekspertizalar nəticəsində müəyyən edilmiş hərbçilərin meyitlərini basdırmaqdan imtina edirlər.
22.02.2022-ci il tarixinə kimi 196 hərbçi və 21 mülki şəxsin yeri məlum deyil”.
Belə məlum olur ki, aidiyyatı qurumlar öz vəzifələrini yerinə yetiriblər, lakin valideynlər oğullarının sağ olduğunu düşünərək müəyyən edilmiş cəsədləri sırf emossional fonda qəbul etmirlər. Bəlkə də valideynlərin müəyyən edilmiş qalıqları götürməkdən imtina etməsinin başqa bir səbəbi var, məsələn, inamsızlıq.
Bəzi valideynlər isə DNT testlərinin yanlış olduğunu bəyan etmiş və ortaya buna dair faktlar qoymuşdular. 
Ötən il Ermənistanda bəzi valideynlər məlumat vermişdilər ki, övladlarının  dəfn mərasimindən sonra tamamilə başqa şəxsin qalıqlarının basdırıldığını öyrəniblər. Valideynlərin həyəcan siqnalından sonra Məhkəmə Tibbi Ekspertiza Elmi-Praktiki Mərkəzi onlara bunun səhv olduğunu deməklə kifayətlənib və cəsədin məzardan çıxarılmalı olduğunu söyiblər. 
Bəs indiyədək nə qədər eksqumasiya aparılıb? O səhvə görə kim cavabdehdir? Kimsə bu kobud səhvə görə məsuliyyətə cəlb edilibmi? Bu sualların cavabı hələ də açıq qalır.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar