Xəbər lenti
Ukrayna Donbasdan imtinaya razı olmayacaq - Arestoviç - VİDEO
Ukrayna Krımı tanımağa və Donbasdan imtina etməyə razı olmayacaq.
Manevr.az publika-az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində bildirib.
“Məsələn, ortaq idarəetmə variantı var. Tarixdən müxtəlif nümunələr mövcuddur. Düşünürəm ki, diplomatiyamız bunun öhdəsindən gələcək, çünki burada təkcə ikitərəfli münasibətlər deyil, həm də bütöv ölkələr sistemi, hətta Ukraynadan uzaqda olan, lakin Rusiya üçün çox ciddi amil olan ölkələr iştirak edir. Düzgün başa düşmək lazımdır ki, indi baş verənlər təkcə ikitərəfli danışıqlar deyil, çərçivə razılaşmasını təmin etmək üçün nə qədər liderin cəlb olunduğudur” - Arestoviç vurğulayıb.
O əlavə edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə müharibənin ilk günlərində ölkəni boşaltmaq təklif edilib, lakin o, qəti şəkildə bundan imtina edib: “Ölkə başçısını zəif hesab edənlər səhv düşünürlər. Birinci gün o, təxliyədən imtina etdi, həm Qərb tərəfdaşları, həm də öz təhlükəsizliyi bunu təkid edirdi”.
Aleksey Arestoviç hesab edir ki, Rusiya bundan sonra iqtisadi cəhətdən Ukrayna ilə müharibəyə başlamazdan əvvəl olduğu səviyyəyə yüksəlməyəcək: “Bu sanksiyalar ikiqatdır. Rusiya iqtisadiyyatının belini qırırlar. Elvira Nabiullina (Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri - red.) artıq istefa verib. Ekspertlər isə deyirlər ki, bütün sanksiyalar dərhal ləğv edilsə belə, Rusiya iqtisadiyyatı heç vaxt o səviyyəyə qayıtmayacaq. Bu, ruslara çox ağır zərbədir və onlar onilliklər ərzində sanksiyaların təsirindən qurtula biləcəklər. Ancaq hələlik heç kim sanksiyaları aradan qaldırmayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar