Manevr.az xəbər verir ki, bu barədə TASS Türkmənistan Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb. 40 yaşlı Sərdar Berdimuhəmmədov Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğludur.
MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:
- Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov - 2,02%;- Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov - 7,22%;- Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıəhəmmədov - 72,97%;- Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin "Avaza” sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov - 2,22;- "Vepaly gurluşyk” Tikinti Şirkətinin direktoru Babamırat Meredov - 1,08%;- Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev - 11,09%;- Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov - 1,15%;- Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev - 1,16%;- Dövlət Energetika İnstitutunun "Bərpa olunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev - 1,09%.