Xəbər lenti
Mariupola 100-ə yaxın aviabomba atılıb, 2 mindən çox dinc sakin ölüb

Bu barədə Mariupol Şəhər Şurasının bəyanatında deyilir.
“Hər gün Mariupol Rusiya ordsunun hava hücumlarından əziyyət çəkir. 24 saat ərzində dinc şəhər azı 22 dəfə bombardman edilib. Artıq Mariupola 100-ə yaxın aviabomba atılıb. Rusiya hərbçiləri kinli və məqsədyönlü şəkildə yaşayış binalarına, insanların sıx toplaşdığı yerlərə zərbələr endirir, uşaq xəstəxanalarını, şəhərin infrastrukturunu tamamilə məhv edirlər. Hər bir bombardman dəhşətli dağıntılar gətirir və əsas olanı - Mariupolda mülki əhalinin həyatını əlindən alır. Bu günə qədər 2187 Mariupol sakini Rusiyanın hücumları nəticəsində həlak olub.
Ən böyük təhlükə indi şəhərdə blokadada olan 400 min Mariupol sakininə göydən gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemləri ilə bizi təmin etməsi bütün Ukraynada yüz minlərlə günahsız insanın həyatını xilas edə bilər”, - Mariupol Şəhər Şurasının məlumatında bildirilir. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar