Xəbər lenti
Zelenski: Aİ Ukraynanın üzvlüyünü açıq şəkildə bəyan etməlidir

Manevr.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
"Hesab edirik ki, biz Avropa İttifaqında olmağa layiqik və heç nə vəd etməyimizə ehtiyac yoxdur. Bizi konkret olaraq dəstəkləmək lazımdır".
Zelenskinin sözlərinə görə, hər hansı səbəblərdən, tarixlərdən danışmağa ehtiyac yoxdur.
"Buna ehtiyac yoxdur. Bu heç kimə maraqlı deyil. Biz bu gün müharibədəyik və dünyaya verdiyimiz bütün sualların cavabını bu gün eşitmək istəyirik. NATO "yox" deyirsə, biz eşidirik. Əgər Aİ "bəli" deyirsə, o zaman diplomatiyanın damlaları arasında tarazlıq saxlamq yox, bunu hamıya konkret demək lazımdır. Çünki tamamilə yağışın altında qalmaq var”, - Zelenski vurğulayıb.
Daha əvvəl xəbər verildiyi kimi,Avropa İttifaqı Ukraynanın sürətləndirilmiş üzvlüyə müraciətini dəstəkləməyib: Avropa ölkələri bu qərarı bloklayıb. Eyni zamanda, Ukraynadan olan qaçqınlar Aİ-də yardım almağa davam edəcəklər. Aİ Ukraynanın müharibədən sonra bərpasına da kömək edəcək.
Qeyd edək ki, prezident Vladimir Zelenski bir müddət əvvəl demişdi ki, xalqımız, dövlətimiz, ordumuz Ukraynanın Avropa İttifaqına qəbulu üçün artıq hər şeyi edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar