Xəbər lenti
“Solar Orbiter” Günəşin lap yaxınlığına çatmaqdadır

Avropa Kosmik Agentliyinin (ESA) Günəşi müşahidə peyki olan “Solar Orbiter”in martın 26-da Günəşin ən yaxın mövqeyinə çatacağı gözlənilir.
Peyk Günəşin atmosferini və maqnit sahəsini, eləcə də kosmosda günəş küləyi kimi tanınan hissəciklərin sabit axınını öyrənəcək. Kosmosdakı bu unikal yerin alimlərə kosmik hava və Günəş-Yer əlaqəsini araşdırmaq üçün daha çox imkanlar açacağı gözlənilir.
ESA qeyd edib ki, alimləri Yerə yaxın işləyən digər kosmik gəmilərlə əlaqəli işləyərək bugünkü Yer-Günəş xəttinin tranzitini öyrənmək üçün “Solar Orbiter” müşahidələrindən istifadə edəcəklər.
600 dərəcə selsiyə qədər olan temperaturra tab gətirmək üçün qurulan “Solar Orbiter” hazırda Günəşdən təxminən 75 milyon kilometr uzaqlıqdadır və getdikcə yaxınlaşır.
Sensor və kameralarla təchiz edilən peykin Günəşə 42 milyon kilometrə yaxın yaxınlaşaraq bir çox naməlum məqamları araşdıracağı gözlənilir.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA tərəfindən də dəstəklənən ESA-nın “Solar Orbiter” müşahidə peyki Günəş haqqında məlumatları daha da dərinləşdirmək üçün 2020-ci ilin fevral ayında ABŞ-dakı “Cape Canaveral” kosmik stansiyasından buraxılıb. Birgə missiya təxminən 1,5 milyard avroya başa gəlir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar