Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Müharibə barbarlıqdır”: Vatikan Ukraynada atəşkəs üçün vasitəçilik etməyə hazırdır

Tarix: 12-03-2022 19:14     Baxış: 4269 A- / A+

Vatikan atəşkəsə nail olmaq və Ukraynada müharibənin dayandırılmasına vasitəçilik etmək üçün “mümkün olan hər şeyi” etməyə hazırdır.
Manevr.az Unian-a istinadən xəbər verir ki, bnu Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin Vatikan xəbərlərinə müsahibəsində bildirib və qeyd edib ki, Müqəddəs Taxt-Tac “hər cür vasitəçiliyə hazırdır”
“Gözümüzün önündə Ukraynadan dəhşətli görüntülər var: Ağılsız müharibədə canlarını verən mülki vətəndaşlar, qadınlar, qocalar və müdafiəsiz uşaqlar. Dağılmış evləri, sıfırın altındakı temperaturda elektrik enerjisi olmayan, qida və dərmansız şəhərləri, bombalardan qaçan milyonlarla qaçqının, əksəriyyəti qadın və uşaqların olduğunu gördükcə iztirab artır. Son bir neçə gün ərzində Ukraynanın müxtəlif yerlərindən İtaliyaya gələn bir qrup şəxslə qarşılaşdım: boş baxışlar, təbəssümsüz üzlər, sonsuz kədər... Həmin gənc anaların və onların uşaqlarının günahı nədir? Qan və göz yaşı çaylarının axmasına laqeyd qalmaq, bu xaosun davam etməsinə icazə vermək üçün daş ürəkli olmalıyıq.
Müharibə barbarlıqdır”-, deyə kardinal bildirib.
Parolin həmçinin qeyd edib ki, Ukraynaya təcavüzün ertəsi günü Roma Papasının Vatikanda Rusiya səfirliyinə səfəri "Moskvadakı hakimiyyət orqanlarına müharibənin genişlənməsi ilə bağlı narahatlığını ifadə etmək" üçün şəxsi addımdır.
O, Papanın Ukraynadakı müharibəyə qarşı bir neçə dəfə çıxış etdiyini vurğulayıb. Bundan əlavə, kardinal qeyd edib ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb. Söhbət zamanı o, Rusiya tərəfini Ukraynadakı müharibəni dərhal dayandırmağa və danışıqlar masası arxasına oturmağa çağırıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar