Putin Rusiya Federasiyasına əsgər cəsədlərinin gətirilməsini qadağan edib.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib. Geraşenko hadisə şahidlərinin məlumatlarına istinad edərək bildirib ki, Krımla inzibati sərhəddə yerləşən Çaplınkada dünən, martın 9-da Xerson və Nikolayevşina bölgələrində öldürülən 50-yə yaxın rus əsgərinin cəsədi çuxura atılıb və bu gün səhər saatlarında yandırılıb.
Yerli sakinlər ölənlərin niyə belə edildiyini soruşduqda, onlara cəsədlərin Rusiya Federasiyasına göndərilməsinə qadağa qoyulduğunu bildiriblər.
“Rus əsgər analarının oğullarının məzarına gedəcək yerləri olmayacaq”, – deyə Geraşenko qeyd edib.
Bundan əvvəl məlum olub ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi Ukraynada həlak olan əsgərlərinin cəsədlərinin məhv edilməsi barədə göstəriş verib. Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun imzaladığı 26 fevral tarixli müvafiq sənədi “Sever” Əməliyyat Komandanlığı dərc edib.
Onlara cəsədləri Rusiyaya gətirmək qadağan edilib.
Rusiya ölən əsgərlərin cəsədlərini məhv etməklə cinayətlərinin izini öz vətəndaşlarından gizlətməyə davam edir. Hərbçilərin meyitlərini çıxarmamaq üçün artıq adi çuxurlarda yandırmağa başlayıblar.
Xəbər lenti
Putin Rusiyaya əsgər cəsədlərinin gətirilməsini QADAĞAN ETDİ - MEYİTLƏR YANDIRILIR - ŞOK VİDEO

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar