"Rusiyanın Ukraynada əldə etdiyi, qeyd edəcəyi bir nəticə yoxdur".Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, Ukraynanın müharibədan qalib kimi ayrılacağına inam çoxdur:
"Rusiyada artıq müharibədən çox yorulublar. Müharibənin ilk günündən fərqli olaraq Ukraynanın Hərbi Hava Qüvvələri artıq qanadlı raketləri vurmağa başlayıb. İşğalçıların daxilə nüfuz etmiş hissəsinə və konsentrasiya sahələrinə hücum edilir. Logistika hələki bərbad deyil, təcili yardım işçiləri necə qalib gəlməyi yox, necə sağ qalmağı düşünürlər. Bundan əlavə, heç də kollektiv olmayan kollektiv qərb, hərbi təchizatla Ukraynaya dəstək verməyə davam edir. Əlbəttə suallar var, böyük suallar.
Rusiya indi müharibədən qalib kimi çıxmağın variantlarını nəzərdən keçirir. Amma artıq onların belə bir variantları yoxdur.
Bu səbəbdən də düşünürəm ki, Rusiya müharibəni davam etdirəcək. Kreml düşünür ki, bunu ancaq güc yolu ilə həll edə bilər. Onlar sivil insanları öldürə bilərlər, amma artıq qalib gələ bilməzlər.
Dünən Mariupolda doğum evi və uşaq xəstəxanası bombalanıb. Bu, nəyi dəyişir?! Bütün bunlara baxmayaraq Rusiya ilə müqayisədə Ukrayna ruhu çox güclüdür. Bu faciədən sonra Ukrayna daha da gücləndi, düşmənə daha çox nifrət etdi, qələbəyə daha çox inandı. Və bəli, qələbəy inam olduqca çoxdur. Ukrayna qalib gəlir, qalib gələcək.
Bu gün müharibənin 15-ci günüdür. İki həftədən çoxdur ki, müharibə davam edir. Bu, Rusiya adına bütün hərbi əməliyyatın uğursuzluğudur. Vəziyyət tez bir zamanda Rusiyanın sürünməyə başlayacağını göstərir.
Rus ordusunun bundan sonra nə qədər dinc insanı öldürəcəyi ABŞ-ın hərəkətlərinin effektivliyindən asılıdır. Enerji sektoruna embarqoya görə ABŞ-a, Qərbə təşəkkür etməyə ehtiyac yoxdur. Çünki onlar əslində bu gün Ukraynaya dəstək olmaqla hər addımda özlərini və müttəfiqlərini qorumuş olurlar".