Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qardaşlarımızı öldürməyə getməyəcəyik!” - Rusiyada hərbi komissarlığı YANDIRDILAR - VİDEO

Tarix: 09-03-2022 17:48     Baxış: 4334 A- / A+
“Qardaşlarımızı öldürməyə getməyəcəyik!”.
Manevr.az xəbər verir ki, Rusiya Federasiyasında Ukraynada müharibəyə getməmək üçün hərbi komissarlığı yandırıblar.
Belə bir aktın məqsədi ehtiyatda olan hərbi qulluqçuların şəxsi məlumatları olan arxivin məhv edilməsi olub.
Moskva vilayətinin Luxovitsı şəhərində naməlum şəxs Ukraynaya müharibəyə getməmək üçün hərbi komissarlığı yandırıb.
Ondan əvvəl naməlum şəxs yerli hərbi komissarlığın darvazalarını Ukrayna bayrağının rənglərinə boyayıb.
“Mən darvazanı Ukrayna bayrağının rənglərinə boyadım və yazdım: “Qardaşlarımı öldürməyəcəyəm!”
Bundan sonra hasarın üstündən keçdim, fasada benzin tökdüm, pəncərələri sındırdım və içərilərinə “Molotov kokteyli” atdım”, – deyə Rusiya Federasiyasının hərbi komissarlıqlarından birinə hücum edən rus yazıb.
Binanı yandıran rus həmçinin insanları sərt addımı atmağa çağırıb, çünki küçə etirazları istənilən nəticəni vermir.
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Rusiyada səfərbərlik cəhdi Putinin rejimini bitirəcək. Bu fikri Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç deyib. Onun fikrincə, Rusiya Federasiyasında səfərbərlik tətbiq olunarsa, Putin üçün həqiqəti gizlətmək çətinləşəcək və ruslar işin pis olduğunu başa düşəcəklər./konkret.az

Manevr.az
https://t.me/glavredinfo/26055


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar