Xəbər lenti
Müharibədən qaçan ukraynalı qadınlar fahişəliyə cəlb edilir - Dəhşətli faktlar
Manevr.az bildirir ki, sözügedən dəstələr qadın və uşaqların acınacaqlı vəziyyətindən istifadə etmək istəyiblər. Belə ki, "Daily Mail”ə danışan 27 yaşlı ukraynalı qadın fahişə dəstələri tərəfindən pulsuz nəqliyyat vədi ilə aldadıldıqlarını bildirib. O, qəzetə açıqlamasında Polşaya getmək istəyən dostuna bir kişi tərfindən təklif gəldiyini və həmin şəxsin onu pulsuz olaraq Varşavaya aparacağını söyləyib. Dostunun çətin vəziyyətdə olduğunu və təklifi qəbul etdiyini deyən gənc qadın, "Varşavaya gələndə dostumdan pul istəyib. Ona borclu olduğunu və işləməklə ödəyəcəyini bildirib”, - deyə qeyd edib.
Beynəlxalq "CARE” şirkətində insan alveri və cinsi istismarla mübarizə üzrə araşdırma aparan Lauren Agnyu isə Britaniya mediasına danışarkən deyib ki, Ukraynadakı müharibənin insan alveri üçün çox pis nəticələri olacaq:
"Avropadakı qaçqınlar artan istismar riski ilə üzləşirlər. Zaman keçdikcə qaçqınların insan alverçiləri tərəfindən istifadə edildiyini və fahişəliyə məcbur edildiyini mütləq görəcəyik. Bu dəstələr üçün müharibə mənfəət əldə etmək deməkdir. Onlar qaçqınların zəifliyindən istifadə edirlər”.
Polşa Daxili İşlər Nazirinin müavini Pavel Bossernaker isə son 24 saatda Ukraynadan Polşaya 106 min nəfərin gəldiyini və bunun son 10 gündə ən yüksək rəqəm olduğunu ifadə edib. Bossernaker müharibə səbəbindən Ukraynadan Polşaya ümumilikdə 800 min nəfərin keçdiyini bildirib. "Biz Polşa-Ukrayna sərhədində 30 qəbul məntəqəsi yaratmışıq. Yerli hökumətlər tərəfindən yaradılan kiçik qəbul məntəqələri də mövcuddur”, - deyə o əlavə edib./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar