Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın bank kartı yalnız 7 ölkədə işləyir - Siyahı

Tarix: 06-03-2022 11:39     Baxış: 3235 A- / A+
Rusiyanın bank kartı yalnız 7 ölkədə işləyir - Siyahı

Sanksiyalara məruz qalan Rusiya Mərkəzi Bankı öz vətəndaşlarına xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli “Mir” sisteminin kartları yalnız yeddi ölkədə qəbul ediləcək.Bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.
Manevr.az xəbər verir ki, Rusiya Bankının açıqlamasında deyilir.
Ukraynanı işğal etməyə çalışdığı üçün dünyadan təcrid olunan ölkənin bankı həmçinin bildirib ki, onların “Mir” sisteminin kartları separatçı Cənubi Osetiya və Abxaziyada da qəbul ediləcək.
Belə ki, Rusiya Federasiyası VISA və MasterCard ödəniş sistemlərindən çıxarıldıqdan sonra Rusiya bankları tərəfindən buraxılmış bu kartlar yalnız ölkə daxilində işləyəcək. VISA və MasterCard kartları ilə Rusiya ərazisindən artıq aşağıdakı əməliyyatları həyata keçirmək mümkün olmayacaq: xarici onlayn mağazalarda alış-veriş və onlayn qaydada xaricə hər hansı ödəniş etmək və ya almaq.
"Xaricə səfər zamanı nağd pul götürün. “Mir” kartının qəbul edildiyi ölkələrə getdiyiniz zaman o kartları da özünüzlə götürmək tövsiyə olunur. Bu gün bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyadır",- deyə açıqlamada bildirilir.
Bundan əvvəl Visa və Mastercard Rusiyadakı fəaliyyətini dayandıraraq "hazırkı münaqişənin görünməmiş xarakterini və qeyri-müəyyən iqtisadi vəziyyəti" əsas gətirmişdi.
Xatırladaq ki, irimiqyaslı sanksiyalar Rusiyanı iqtisadi cəhətdən dalana dirəndirib. Hesablamalara görə, ölkədə iş yerini itirənlərin sayı milyonu keçib. Ölkəni tərk etmək istəyənlərin sayı artdığına görə Rusiya hökuməti ölkədən çıxışı qismən məhdudlaşdırıb. Bəzi müşahidəçilər hesab edir ki, Putin ölkəsini Şimali Koreyaya çevirmək istəyir. Amma belə bir fikir də formalaşıb ki, dəbdəbəli həyat üçün milyardlar toplamış oliqarxlar buna imkan verməyəcəklər. Məsələ ondadır ki, Putin kənardan şəriksiz diktator kimi görünsə də, ölkəni faktiki olaraq milyarder oliqarxlarla koalisiya halında idarə edirdi./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar