Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Belaruslu hərbçilər Ukraynaya qarşı vuruşmaqdan imtina edir

Tarix: 05-03-2022 16:46     Baxış: 4209 A- / A+
Belaruslu hərbçilər Ukraynaya qarşı vuruşmaqdan imtina edir

Son iki gündə Rusiya ordusu Ukraynada böyük çətinliklər yaşayır. Müdafiə olunan tərəf bir sıra əldən verilmiş yaşayış məntəqələrini geri qaytarıb. Kremlin qoşunları ciddi itkilər verməkdə davam edir. Sosial mediadakı videolarda çoxsaylı əsirlər, atılıb qalmış texnika gözə dəyir.

Belarus hakimiyyəti Ukraynada Rusiyanın köməyinə gəlmək istəyir. Amma rəsmi Minskin orduda problemləri var. Belaruslu hərbçilər Ukraynada döyüşmək istəmir. Belarus silahlı qüvvələrinin baş qərargahından Qərb mətbuatına ötürülən məlumata görə, orada sərhədi keçməyə cəsarət etmirlər. Çünki belaruslu hərbçilərin Ukrayna ərazisində necə davranacağı məlum deyil. Hərbi heyət dinc sakinlərə atəş açmaq istəmir. Fərarilik halı çox ola bilər. Baş qərargahda hətta rəhbərliyə qarşı çıxmaq ehtimalını da nəzərə alırlar.
Belarus hakimiyyəti Ukrayna savaşında iştirak etmədiyini dəfələrlə vurğulayıb. Amma yayılan videogörüntülərdən birində əsir düşən əsgər Belarusdan gəldiyini bildirmişdi. Ukraynada Aleksandr Lukaşenko rejiminin Kremlə ciddi hərbi dəstək verdiyinə əmindirlər.
Ukrayna müharibəsi istənilən halda Belarusa təsirsiz ötüşməyəcək. Qərb Minski Kremllə müttəfiqliyə görə bağışlamaq fikrində deyil. Bəyanatlarda Lukaşenkonun adı xüsusi çəkilir. Ağır sanksiyalar gözlənilir. Belarusda buna görə böyük narahatlıq var. Hətta ölkədə panika yaşandığını demək olar. Təyyarə biletlərinin qiymətlərinin kəskin artması həmin narahatlıqdan xəbər verir. Belaruslular ölkədən qaçırlar. Martın sonuna qədər hər hansı istiqamətə təyyarə bileti tapmaq müşkül görünür. Belarus vətəndaşları birtərəfli bilet üçün 600-700 dollarından keçir. Daha çox Tiflisə, İrəvana və Dubaya üz tuturlar.
İstənilən halda Rusiyanın məğlubiyyəti elə Belarusun da uduzması olacaq. Lukaşenko bunu yaxşı başa düşür. Buna görə də Minskin fəal hərbi müdaxiləsini görəndə təəccüblənmək lazım deyil. Belarus hakimiyyəti çalışacaq ki, Kreml Ukraynada istəyinə nail olsun. Əks halda Putin kimi Lukaşenko da mövqeyini əldən verəcək.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar