Sizin Reklam Burada
Xəbər lenti
22-06-2026
21-06-2026
20-06-2026
BÜTÜN XƏBƏRLƏR

Aİ Ukraynaya humanitar yardım üçün 500 milyon avro ayırır

Tarix: 05-03-2022 08:21     Baxış: 3241 A- / A+
Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün 500 milyon avro ayırır.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, Ukraynada baş verən humanitar fəlakətin miqyası çox narahatedicidir.

"Avropa ötən əsrin ən qaranlıq günlərindən indiyədək görünməmiş miqyasda dağıntı və qaçqın gördü. Biz dərhal 500 milyon avroluq humanitar yardım təqdim edirik və gələcəkdə daha çox vəsait ayıracağıq. Polşa, Slovakiya və Rumıniyada mülki müdafiə mərkəzlərinin yaradılması üzərində sürətlə işləyirik”, - fon der Leyen qeyd edib.

Avropa Komissiyasının sədri vurğulayıb ki, Ukrayna daxilində uzanacaq humanitar dəhlizlərin yaradılması üçün hər cür səy göstərilir.

“Çox ehtiyac duyulan humanitar yardım Ukraynanın bütün bölgələrinə çatmalıdır və mülki əhali mühasirədə olan şəhərləri tərk edə bilməlidir”, - qurum rəhbəri əlavə edib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar