Xəbər lenti
Putin sona qədər gedəcək: qonşulara da xəbərdarlıq etdi
Günlər keçdikcə müharibə adiləşir. Ən qorxulusu da budur, çünki hər gün hərbçilərlə yanaşı yüzlərlə günahsız insan həlak olur. Rusiyanın Ukrayna torpaqlarının işğalının, şəhərlərin, qəsəbələrin və kəndlərin raket atəşinə tutulmasının, qətliamların miqyası böyüyür.
Bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynadakı müharibə haqda qeyd edib.
O bildirib ki, Putin sonadək gedəcəyini hamıya bəyan edib:
“Fransa prezidenti və Almaniyanın kansleri müharibənin ilk günlərində Putindən müharibəni dayandırmağı xahiş edirdilər, indi isə sanki “mövcud reallığı” qəbul edərək Kreml sahibindən insanlar üçün dəhliz açmağı istəyirlər”.
Elxan Şahinoğlu xatırladıb ki, Putin Rusiyaya qonşu ölkələrə xəbərdarlıq mesajı da göndərib:
“Kreml sahibi qonşularına qarşı pis niyyəti olmadığını, əməkdaşlığı davam etdirmək istədiyini deyib. Rusiya prezidenti anlayır ki, onun Ukraynaya hərbi müdaxiləsi hamını, o cümlədən bölgə ölkələrini qorxudub. Putin qonşuları sakitləşdirməyə çalışır. Hansı dövlət sakitləşər ki? Bölgə dövlətləri Rusiya slavyanlarının eyni etnik tərkibi olan Ukrayna slavyanlarını öldürməsinə şahidlik edirlər. Putin son çıxışında Rusiyada 300 millət və etnik qrupun yaşadığını da xatırladıb. Kreml sahibinin bunu deməkdə məqsədi Rusiyada yaşayan bütün xalqların və etnik qrupların Ukraynaya qarşı işğalda iştirak etdiyini vurğulamaq idi. Rusiya vətəndaşı olan və Tatarstanda yaşayan türkün Ukrayna vətəndaşı olan Krım türkünü öldürmək istədiyini təsəvvür etmək çətindir”. axar.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar