Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

BVF və Dünya Bankından Ukraynaya 3 milyard dollarlıq dəstək

Tarix: 02-03-2022 16:31     Baxış: 4360 A- / A+
BVF və Dünya Bankından Ukraynaya 3 milyard dollarlıq dəstək

Dünya Bankı və BVF rəhbərləri Rusiyanın hərbi əməliyyat apardığı Ukraynaya dəstək üçün 3 milyard dollarlıq fond hazırladıqlarını açıqlayıblar.

Dünya Bankının idarə heyəti bu həftə təqdim ediləcək ən azı 350 milyon dollarlıq sürətli büdcə dəstəyi əməliyyatını da nəzərdən keçirəcək. Bunun ardınca iki qurumun rəhbərləri dünənki birgə bəyanatda səhiyyə və təhsilə 200 milyon dollarlıq dəstək veriləcəyini də bildiriblər.
Bildirilib ki, BVF-nin idarə heyəti gələn həftə Ukraynanın təcili pul tələbini “Sürətli Maliyyələşdirmə Aləti” ilə qiymətləndirə bilər. Həmçinin BVF xatırladıb ki, Ukrayna 2020-ci il kreditlərinin nəzərdən keçirilməsi üzərində işi davam etdirir. Bu kreditin 2,2 milyard dolları ödənilməsini gözləyir.
BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti David Malpassın birgə bəyanaətlarında deyilir: “Bizim qurumlarımız Ukraynaya maliyyə və siyasətdə dəstək vermək üçün birlikdə çalışır və biz təcili olaraq bu dəstəyi artırırıq.
Biz böhran tədbirləri ilə bağlı səlahiyyətlilərlə gündəlik əlaqə saxlayırıq.
İnsanlar öldürülür, yaralanır və ölkələrini tərk etməyə məcbur edilir. Ölkənin fiziki infrastrukturuna da ciddi ziyan dəyib. Biz bu dəhşətli hadisələr zamanı Ukrayna xalqının yanındayıq”.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar