Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putin son vaxtlar niyə hamıdan aralı əyləşir? - Uzun masanın sirri / ŞƏKİLLƏR

Tarix: 01-03-2022 12:57     Baxış: 4254 A- / A+
Putin son vaxtlar niyə hamıdan aralı əyləşir? - Uzun masanın sirri / FOTOLAR

Rusiya Prezidenti Vladimir Putin ötən gün Maliyyə naziri Anton Silunov və Milli Bankın sədri Elvira Nabibullina ilə olan görüşü də uzun masa arxasında olub. Öz hökumətinin üzvləri ilə də bu qədər məsafə saxlaması, fiziki olaraq onlardan gen dayanması Putinlə bağlı müəmmaları artırır. O, nədən ehtiyat edir? Bu psixoloji durumlardan asılıdır, yoxsa, bir ölkə liderinin müharibə zamanı gördüyü ehtiyat tədbiridir?
Qeyd üçün yada salaq ki, İkinci Qarabağ savaşı zamanı Azərbaycan Prezidenti İlham Əliyev 44 gün içində dəfələrlə xalqla yaxın ünsiyyətdə oldu, nə hökumət üzvləri, nə jurnalistlər, nə də əhali ilə bu qədər məsafə saxlamağa ehtiyac hiss etmədi. 
Bəs Putində nə baş verir?
Manevr.az bildirir ki, hərbi psixoloq Azad İsazadə yenisabah.az-a açıqlamasında deyib ki, Putində ağır formada covid fobiyası mövcuddur: "Pandemiya başlandığı gündən bütün dünyada insanlar arasında covid fobiyası, yəni virus qorxusu faktı ilə rastlaşmışıq. Mənim fikrimcə, Putində də ağır formada covid fobiyası mövcuddur. O sadəcə yoluxmaqdan çəkinir. Bu psixoloji bir amildir”.

Psixoloqun sözlərinə görə, uzun masalar sırf qorxu ilə bağlıdır:"Amma bu, məntiqdən uzaqdır. Orada məntiqli bir hərəkət yoxdur.  Ümumiyyətlə fobiyalarda məntiq olmur. İnsan sadəcə qorxur, panik vəziyyətə düşür. Mənə elə gəlir ki, uzun masalar, insanlarla ünsiyyətdən çəkinmək sırf qorxu ilə əlaqəlidir”.
A. İsazadə qeyd edib ki, Putin uzaq məsafədə özünü psixoloji olaraq, daha komfort hiss edir:
"Sui-qəsddən də qorxur. Lakin sui-qəsdə məsafə təsir etmir. Onu ayrı formada da edə bilərlər. Sui-qəsdə qarşı başqa tədbirlər görülür. Görünməyən təhlükəyə qarşı qorunur. Bundan öncə Lavrovla da, Şoyquyla da bu məsafədə görüşüb. Onlar sözsüz ki, müayinədən keçib görüşə çıxırlar. Lakin buna baxmayaraq, özünü uzaq məsafədə daha komfort hiss edir. Söhbət psixoloji komfortdan gedir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar