Ukraynaya hərbi müdaxilə və buna görə tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatına zərəri böyük olacaq.
Müharibənin aparılmasının və sanksiyaların Rusiya iqtisadiyyatı üzərində güclü təsiri hələlik özünü aydın şəkildə göstərmir. Amma zaman keçdikcə bu qərarların şimal qonşumuzun iqtisadiyyatında yaratdığı ağır fəsadları görəcəyik.
Rusiyanın iqtisadi itkiləri ilk növbətə sanksiyalarla bağlıdır.
İlk addımda "Şimal Axını - 2” qaz ixrac kəmərinin istifadəyə verilməsi qadağan olundu. Bu kəmərlə Rusiya ildə 50 milyard kub metr qazı Almaniya, oradan isə digər Avropa ölkələrinə satmaq istəyirdi. Kəmərin çəkilişinə 15 milyard dollara yaxın vəsait xərclənmişdi və bu xərcin yarısını Rusiya maliyyələşdirmişdi. Sanksiya Rusiyanın xərclərinin boşa getməsinə səbəb oldu.
Növbəti ağır zərər rublun dəyərdən düşməsidir. Son bir neçə gündə dollar/rubl məzənnəsi 74 səviyyəsindən 86 həddinə qədər yüksəlib. Rublda ucuzlaşma 15 faizə çatıb. Gözlənilir ki, məzənnə dəyişməsi qarşıdakı aylarda da davam edəcək.
Pulun çox ucuzlaşması bir çox cəhətdən zərərlidir. İlk növbədə iqtisadiyyatın xarici valyutada olan nominal dəyəri kiçilir. 2014-cü ildə rubl 2 dəfə ucuzlaşandan sonra ümumi daxili məhsul (ÜDM) istehsalı 2,1 trilyon dollardan 1,4 trilyon dollara qədər azaldı. Sonrakı illərdə istehsal artaraq 1,7 trilyon dollara çatsa da əvvəlki səviyyəyə yüksəlmək hələ də mümkün olmayıb.
Rublun yenidən 10-15 faiz ucuzlaşması hesabına Rusiyada ÜDM istehsalının dəyəri ən azı 100 milyard dollar azalacaq.
Ucuz rubl bahalaşmanı da gücləndirəcək. Bunun nəticəsində daxili tələb azalacaq, yerli istehsal zəifləyəcək, investisiya qoyuluşu azalacaq və nəticədə əhalinin real gəlirləri aşağı düşəcək.
Nəhayət, pulun ucuzlaşması yığımlara da mənfi təsir edəcək. Belə vəziyyətdə əhali və biznes strukturları öz vəsaitlərini rublda yox, dollar və digər etibarlı valyutalarda saxlamağı üstün tutacaq ki, bu da ölkədən onmilyardlarla dollar dəyərində vəsaitin çıxışına səbəb olacaq.
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların digər hissəsi aparıcı banklara tətbiq edilib. Artıq İngiltərə və ABŞ iri bankların həmin ölkələrdə olan aktivlərinin dondurulması ilə bağlı sanksiyalar qəbul edib. Eyni zamanda rus şirkətləri funt sterlinqlə əməliyyatlar da apara bilməyəcək.
İngiltərənin sanksiyalarından sonra rus banklarının 160 milyard dollar dəyərində olan aktivi dondurulub. Bundan başqa dünyanın aparıcı birjalarından olan London Əmtəə Birjasında rus şirkətlərinin əməliyyat aparması məhdudlaşdırılıb.
ABŞ da Rusiyanın iri banklarına və dövlət şirkətlərinə qarşı ağır sanksiyalar tətbiq edib. Artıq Rusiya bankları xarici valyutada olan vəsaitlərlə əməliyyat aparmaqda çətinlik çəkir.
Sanksiyalar iqtisadiyyatın gəlirlərini və dəyərini azaltdığı halda, müharibə ölkənin xərclərini artırır. Müharibədə atılan hər mərmi, raket, hərbi texnika itkisi, ölən və yaralanan əsgər də böyük xərc yaradır. Yalnız bir gündə Rusiyanın hərbi xərclərinin və hərbi itkilərinin 3-4 milyard dollar olduğu təxmin edilir. Ekspertlər hesab edir ki, əgər müharibə 1 ay və daha uzun müddət davam edərsə, Rusiya iqtisadiyyatı üçün əlavə xərclər böyük yükə çevriləcək.
ABŞ ekspertləri düşünür ki, sanksiyalar səbəbindən və müharibənin yaratdığı xərclərlə əlaqədar yalnız 2022-ci il ərzində Rusiya iqtisadiyyatının itkiləri 1 trilyon dollara çatacaq.sfera.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar