Xəbər lenti
Britaniya Rusiyanın nəhəng şirkətlərinin aktivlərini dondurdu
Böyük Britaniya Rusiyanın "VTB" bankının aktivlərini dondurur.Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.
“Biz VTB-nin aktivlərini tamamilə dondururuq", - Conson parlamentdə çıxış edərkən deyib.
O əlavə edib ki, mövcud rıçaqlar Rusiya banklarını Böyük Britaniyanın maliyyə sistemindən tamamilə kənarlaşdırmağa imkan verir.
Bundan əlavə, Böyük Britaniya Rusiyanın “Aeroflot” aviaşirkətinin aktivlərini də dondurur.
“Biz Böyük Britaniyada “Aeroflot”a qadağa qoyuruq”, - Conson deyib.
Britaniya Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunun oğlu Denis Bortnikova, “Promsvyazbank”ın baş icraçı direktoru Pyotr Fradkov və iş adamı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalova qarşı sanksiyalar tətbiq edib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































