"Ukraynaya açıq dəstək verən Qərb və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları daha da sərtləşəcək".Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.
O bildirib ki, Avropa və ABŞ Rusiyanı çətin vəziyyətə salmaq niyyətindədir:
"Artıq Qərbin sözügedən instansiyaları Kremlə qarşı, iri rus banklarına qarşı birləşib. Əgər hesablarına həbs qoyulan rus oliqarxlarının siyahısına baxsanız, orada çox ciddi şəxslərin adını görə bilərsiniz.
Artıq bir-iki günün içində sanksiyalar Rusiyaya yüz milyonlarla dollar dəyərində zərər vurub. Bu yalnız başlanğıcdır. Rəsmi Moskva hər şeyin onun planlaşdırdığı kimi getdiyinə əmin olsa da Qərbdən edilən son açıqlamalar deməyə əsas verir ki, daş qayaya rast gəlib.
Rusiyaya qarşı çox ciddi tədbirlər görüləcək və sanksiyalar dalğavari olacaq. Rusiyaya qarşı mübarizədə Qərb və ABŞ güclərini səfərbər edir".