Kanadanın Baş naziri Castin Trüdo Rusiyaya qarşı iqtisadi sanksiyaların birinci mərhələsinin başladığını, Latviyada NATO-nun heyətindəki kanadalı hərbçilərin sayının 460 nəfər artırılacağını elan edib.
Manevr.az "report"a istinadən xəbər verir ki, bunu hökumət başçısı tviterdə yazıb.
"Rusiyanın Ukraynadakı qanunsuz hərəkətləri demokratiyaya hücum və bütün dünyadakı sülhə təhlükədir. Qarışdırmayın, bu, suveren dövlətə qarşı növbəti işğaldır. Müttəfiqlər və tərəfdaşlar ilə koordinasiyada Kanada iqtisadi sanksiyaların birinci raundu ilə cavab verir", - C.Trüdo vurğulayıb.
Baş nazirin rəsmi saytında dərc olunan məlumata əsasən, sanksiyalar Ukraynadakı qondarma respublikaların tanınmasının lehinə səs verən Rusiya Dövlət Dumasının deputatlarına, Rusiyanın suveren borcu ilə birbaşa və ya dolayı əməliyyatların aparılmasına, Rusiyanın iki nəhəng maliyyə müəssisəsinə şamil ediləcək. Həmçinin Kanada vətəndaşlarının Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk və Luqansk bölgələrində hər hansısa fəaliyyətlə məşğul olması da yasaqlanacaq.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar