Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.
"TASS”-ın məlumatına görə, M.Saakaşvili prosesdə çıxışı zamanı müddətsiz aclıq aksiyasına başladığını elan edib.
Gürcü siyasətçi buna səbəb olaraq hazırda saxlanıldığı Rustavi həbsxanasında pis müalicə olunduğunu göstərib.
"Siz (Gürcüstan rəhbərliyi – red.) istəyirsiniz ki, mən belə sakitcə ölüm. Alınmayacaq. Lazım gələrsə, başım dik şəkildə ölərəm. Bu gündən etibarən müddətsiz aclıq aksiyasına başladığımı elan edirəm”, - deyə Saakaşvili qeyd edib.
Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar