Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan yaxın vaxtlarda Putinlə Ukraynanı müzakirə etməyi gözləyir

Tarix: 20-02-2022 22:17     Baxış: 3219 A- / A+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir.

Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə liderinin Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili təklifi əslində bu böhrandan çıxmaq üçün ən mühüm və konkret təklifdir:

“Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, prezident Vlodomir Zelenski ilə bunu müzakirə edib. O, bu məsələni cənab Putinlə də qaldırıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən gündəmə gətiriləcək”.

İ. Kalın qeyd edib ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə əlaqə saxlayır və Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlaşmağa davam edir:

“Eynilə, cənab Putinin Türkiyə səfərinə hazırlıqlarımız davam edir. Bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla əlaqə saxlayırıq”. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar