Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada canlı yayımda deputatla jurnalist dalaşdı - ŞƏKİL/VİDEO

Tarix: 20-02-2022 15:28     Baxış: 4191 A- / A+
Dünən “Ukrayna 24” telekanalının efirində Ali Radanın deputatı Nestor Şufriçlə jurnalist Yuri Butusov arasında dava olub.
Manevr.az xəbər verir ki, “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, bu barədə “Müxalifət Platforması – Həyat naminə” partiyasından olan Radanın üzvü İlya Kiva öz Telegram kanalında yazıb.
“Bu, rusdilli ukraynalılara qarşı zorakılığın reklamı, təbliği və qanuniləşdirilməsi üçün əvvəlcədən hərəkətə keçmək üçün yaxşı planlaşdırılmış və hazırlanmış siqnaldır”, – deputat hesab edir.
Onun fikrincə, “Savik Şusterin söz azadlığı” tok-şousu reytinq platformasına çevrilib. Burada Poroşenko, Yatsenyuk, Butusov və başqalarının səkkiz ildir ki, müharibədən pul qazandığı qabardılır.
Deputat əmindir ki, siyasətçilərin iştirakı ilə belə səhnələrin nümayişi ukraynalıları aqressiyaya sövq edə bilər.
“Belə çıxır ki, onları (rusdilliləri) döymək, boğmaq olar. Bunun üçün heç kimə heç nə olmayacaq. Qırğın və soyqırım hazırlanır”, – Kiva yekunlaşdırıb.
Veriliş zamanı opponentlər arasında sözlü atışma yaranıb və davaya çevrilib.
Onları studiyada qonaqlar – keçmiş prezident Petro Poroşenko, keçmiş baş nazir Arseni Yatsenyuk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksiy Danilyuk və Milli Korpus partiyasının lideri Andrey Biletski ayırıblar./bizim.media

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar