Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

ŞOK MƏLUMAT YAYILDI! Rusiya hücum edib bəzi siyasətçiləri və fəalları öldürməyə hazırlaşır

Tarix: 20-02-2022 10:21     Baxış: 3218 A- / A+



Rusiya Federasiyası Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə həbslər və sui-qəsd kampaniyası planlaşdırır. Kremlin hazırladığı siyahılara Ukraynanın tanınmış siyasətçiləri, fəalları, Ukraynaya səfər etmiş Rusiya və Belarus dissidentləri daxildir. Bu barədə məlumatlı mənbələrə istinadən Amerikanın “Foreign Policy” nəşri yazıb.
Materialda deyilir ki, işğaldan sonra Rusiya tərəfi hədə-qorxu və repressiyalara əl atmaq niyyətindədir. Moskva əvvəlki kampaniyalarında dəfələrlə bu cür üsullardan istifadə edib. Jurnalın mənbələri iddia edir ki, ABŞ hakimiyyət orqanları bu məlumatı məqsədyönlü şəkildə ukraynalı tərəfdaşlarla və bu vəziyyətə təsir edə biləcək şəxslərlə bölüşürlər.
ABŞ prezidentinin administrasiyasında Moskvanın tərtib etdiyi siyahıların nə dərəcədə formallaşdırıldığını görəndə heyrətə gəliblər. Bu siyahıda, çox güman ki, Rusiya rejimi üçün təhlükə yarada biləcək hər kəs var.
Siyahıların tərtib edilməsində Rusiya xüsusi xidmət orqanları iştirak edib. Məqalədə deyilir ki, Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın komandası bildirib ki, Ukraynada yaşayan Belarus vətəndaşlarını Rusiyanın hücumu zamanı necə hərəkət etmələri barədə məlumatlandırıb.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar