Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rus qoşunları hücuma hazır vəziyyətə gətirildi - Kiyevdən ŞƏRH

Tarix: 19-02-2022 15:20     Baxış: 3286 A- / A+
"ABŞ Ukraynanı dəstəkləsə də, əsgərlərini göndərə bilmir. Lakin hazırda Ukraynada ABŞ-ın hərbi təlimatçıları var. Bizdə hava hücumundan müdafiə sistemi və ağır artileriya yaxşı səviyyədədir".
Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.
Ukraynalı siyasi şərhçi bildirib ki, rus qoşunlarının təxminən yarısı sərhəd yaxınlığında hücuma keçmək üçün hazır vəziyyətə gətirilib:
"Düşünürəm ki, müharibə olmayacaq, ancaq Kremlin kəskinləşən mövqeyi özünə ziyan edəcək. Rusiya tərəfində uzun müddət davamlı olaraq müharibə gərginliyi hökm sürəcək.
Rusiyanın artıq Donbas sakinlərinin təxliyəsinə başladığı barədə məlumatlar da bunun təsdiqidir. Ukraynanın işğalı üçün Rusiya ordusunu Ukrayna ilə sərhəddə cəmləyib, amma onlara bir qarış da verilməyəcək. 
Son məlumatlara görə rus qoşunlarının təxminən yarısı Ukrayna ilə sərhəd yaxınlığında hücuma keçmək üçün hazır vəziyyətə gətirilib. Bütün bunlar təbii ki, Ukraynanı təxribata çəkmək üçün Rusiya tərəfindən qurulmuş oyundur.
Rusiya özünü məhv etməyə doğru addım atdı və sivil dünya üçün bu, xeyirli oldu. Rusiyada ordu mentaliteti deyilən bir şey yoxdur, görünür yenidən işlənilib hazırlamalı olacaqlar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar