Xəbər lenti
25 yaşdan aşağı qızlara intim MÜNASİBƏTDƏ OLANLAR... - Yeni QANUN
Martın əvvəlində Latviyanın Daxili İşlər Nazirliyində fahişəliyin yaş həddinin 18-dən 25-ə qaldırılması təklif olunub.
Təşəbbüsün müəllifləri bu yolla gəncliyin məhvinin qarşını almağa çalışırlar.
Nazirliyin katibi Dmitri Trofimovun sözlərinə görə, ölkənin cari qanunvericiliyi məktəb məzunlarına “satılıq sevgi” ilə məşğul olmağa imkan yaradır.
“Əgər yaş həddi 25-ə qaldırılarsa, hökumət bununla gənclərə daha normal əmək fəaliyyəti ilə məşğul ola biləcəyi mesajını vermiş olacaq”, - deyə məmur bildirib.
Qeyd edək ki, Latviyada fahişəliklə mübarizə yerli hakimiyyət üçün şərəf məsələsinə çevrilib. Belə ki, ölkəyə gələn əcnəbilər hələ də Riqanı Şərqi Avropanın seks mərkəzi hesab edirlər. Buna səbəb isə 2000-ci ildə İsveç rejissoru Pol Hollanderin çəkdiyi “Görüşənədək, gözəl qız” sənədli filmində Latviyanı ucuz qadınlar ölkəsi kimi təqdim etməsidir.
Filmin ssenarisinə görə, Hollander Riqaya gələrək yerli qadınlarla taniş olur və onlarla az miqdarda pul qarşılığında sekslə məşğul olur. Hollanderin özünün dediyinə görə, hər seksual səhnəyə görə qadınlara adambaşı 200 dollar pul ödəyib. O qeyd edir ki, Latviyada 18 min fahişə var və onlar ildə 7 milyon turistə seksual xidmət göstərirlər.
Bundan başqa, rejissor iddia edir ki, ölkə qadınlarının yarısı heç olmasa, ömründə bir dəfə pul qarşılığında bədənini satıb. Halbuki sonralar rejissor filmdə yalan dediyini etiraf edib. Bildirib ki, təsadüfi tanış olduğu qadınlarla deyil, qabaqcadan razılaşdığı qadınlarla intim münasibətdə olub. Lakin ölkənin nüfuzu artıq ləkələnmişdi.
Latviya prezidenti Vayra Vike-Freyberq bildirmişdi ki, əgər bir filmdə latış qadınlarının yarısının fahişə olduğu deyilirsə, onda bu, film deyil, təxribatdır.
Filmdən sonra parlament dərhal çağırılaraq, Hollanderin bu təxribatının ölkənin Avropa İttifaqına daxil olmasına əngəl yaratmaq məqsədi güddüyünü bəyan etmişdi.
Buna baxmayaraq, 2008-ci ildə fransız rejissoru “Latviya: avropalıların qalmaqallı seks turizmi” adlı film lentə almışdı. Bu filmdə də kasıb ölkənin fahişəlikdən başqa əlacının qalmamasına eyham vurulmuşdu.
Qeyd edək ki, Latviyada fahişəliyə qanunla icazə verildiyi halda, sutenyorluq qadağandır. İntim xidmət göstərilən mənzil kilsə və təhsil müəssisəsindən 100 metr aralıda yerləşməlidi. Üstəlik, bu işin reklamı da internet və qəzetlərdə qadağandır. Bu qaydanı pozanlar 350-700 avro məbləğində cərimə olunurlar. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar