Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kiyevdən SON DƏQİQƏ açıqlaması: Rusiya-Ukrayna müharibəsi başladı?

Tarix: 17-02-2022 16:50     Baxış: 3361 A- / A+


"Ukraynanın şərqində atışma səsləri eşidilir. Donbassdan güclü artilleriya atəşi Ukraynanın Luqansk şəhərinə çatdığı xəbərləri də doğrudur. Amma bu, müharibənin başladığı anlamına gəlmir. Çünkü müharibə 2014-cü ildən davam edir". 
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.
Ukraynalı siyasi analitik bildirib ki, Ruisya Ukraynanı təxribata çəkir:
"Hazırda baş verənlər isə Rusiyanın Ukraynanı böyük hərbi qarşıdurmaya çəkib, işğal etməsi üçün təxribatıdır. Rusiyanın Ukraynaya hücumu və ya fevralın 20-də mümkün hücum xəbəri ilə bağlı məlumatların sürətlə yayılması da spekulyasiyadır.
8 il əvvəl Rusiya ilə başlayan savaşımızın bundan daha aktiv fazaya keçəcəyinə əmin deyiləm. Donbassdan Luqansk şəhərinin ağır artilleriyadan atəşə tutulması sadəcə təxribatdır.
Ukrayna Kremlin bu təxribatına getməməlidir, getməyəcək də".
Qeyd edək ki, "Reuters"ün məlumatına görə Ukraynanın şərqində atəş səsləri eşidilib. Ukraynanın xarici işlər naziri Kuleba faktı təsdiqləyib: "Donbassdan ağır artilleriya atəşi Ukraynanın Luqansk şəhərciyinə çatıb".
Onu da əlavə edək ki, 2014-cü ildən Donbasdakı münaqişəni işıqlandıran amerikalı hərbi jurnalist Nolan Peterson bildirib ki, ötən gecə Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığında olub, indi isə Rusiyanın hücumu üçün müdafiəyə hazırlaşırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar