Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəşfiyyat məlumatı sızdı: “Böyük hücumdan əvvəl...” – Putinin şok planı

Tarix: 13-02-2022 22:14     Baxış: 4191 A- / A+
Manevr.az xəbər verir ki, “CBS News” ABŞ-ın rəsmi mənbələrinə istinadən Rusiya tərəfindən Ukraynaya “yalançı bayraq” hücumunun planlaşdırılması ilə bağlı yeni məlumat yayıb.
İlk dəfə “Vaşinqton Post” ötən cümə günü “yalançı bayraq” əməliyyatı haqda məqalə dərc edib. Həmin gün ABŞ prezidentinin müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında deyib ki, Birləşmiş Ştatlar Rusiyanın işğala haqq qazandırmaq üçün “yalançı bayraq” əməliyyatı həyata keçirəcəyinə əmindir. O, böyük hücumdan əvvəl Ukraynaya raket və bomba zərbələrinin endiriləcəyini iddia edib.
Rusiya Belarus-Ukrayna sərhədinə qoşun göndərib və Qara dənizdən mümkün hücumunu reallaşdırmaq üçün bölgədə yerləşdirib. Moskvanın həm də Ukraynanın şərq sərhədinə qoşun yeritmək imkanı var.
ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın bölgədə “yalançı bayraq” qaldırmaqla işğal üçün bəhanə yaradacağı barədə kəşfiyyat hesabatı var.
Dondurucu hava şəraitinin tanklar da daxil olmaqla, Rusiyanın ağır hərbi texnikalarının irəliləməsini asanlaşdıracağı bildirilib. Amma quru qoşunları Vladimir Putin üçün yeganə seçim deyil. Amma ABŞ rəsmiləri Putinin bu qüvvələrdən işğala başlamaq üçün istifadə etmək qərarına gəldiyinə dair heç bir sübut təqdim etməyiblər, bununla belə onlar deyirlər ki, bir neçə xəbərdarlıq işğal qərarını tezləşdirə bilər.
ABŞ cümə günü Pekin olimpiadası bitməmiş Rusiyanın Ukraynanı işğal edəcəyini elan etdikdən sonra hərbi müşavirlərini geri çəkdi, əməkdaşlarını Kiyev səfirliyindən Lvova köçürdü.
Sallivan ABŞ-ın ehtiyatlı davrandığını, amma nə olacağını dəqiq bilmədiyini söyləyib. Həmçinin ABŞ və Qərb rəsmiləri bunun Putin üçün inanılmaz dərəcədə təhlükəli və bahalı blef ola biləcəyini deyirlər. Üç amerikalı rəsmi Putinin 100 000-lik hərbi qüvvə ilə dövlətlərarası qarşıdurma riski yarada biləcək addım atacağına şübhə etdiyini bildirib. Başqa bir rəsmi mənbə isə iddia edib ki, Rusiyanın mütləq hücum planlaşdırdığına əmindir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar