Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Putin çətin sual qarşısında - Bu addımı atsa, nə baş verəcək?

Tarix: 13-02-2022 18:02     Baxış: 3188 A- / A+
“Putin üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, “necə edim”, “etməsəm nə olacaq”, “edərsəm hansı təhlükələrlə üzləşəcəyəm” kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ukrayna böhranı ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“Qərb liderləri Kreml sahibi Vladimir Putinə qarşı maraqlı taktika seçiblər. Onu “əsəb müharibəsinə” sürükləyirlər. Kəşfiyyat məlumatlarına istinad edən Qərb liderləri Rusiya prezidentinin Ukraynaya hücum əməliyyatına hazırlaşması təlimatını verdiyini özləri üçün müəyyənləşdiriblər. Ancaq Putin hələ hücum əmrini verməyib. Bundan istifadə edən Qərb liderləri hər gün Putinin beynini məşğul edirlər.
Fransa Prezidenti Emmanuel Makron Moskvaya gedir, Putinlə beş saatdan çox müzakirə aparır, Parisə geri qayıdır, yenidən telefonla iki saat danışır. Bunun ardınca ABŞ Prezidenti Co Bayden də Putinə zəng edir və Kreml sahibi ilə bir neçə saat danışır.
Bütün bunlarda iki məqsəd var. Birinci məqsəd, Putinin hücum əmri verəcəyi halda nələrlə üzləşəcəyini ona birbaşa anlatmaq, ikinci məqsəd, mümkün qədər onu geri addım atmağa vadar etməkdir. Putin hələ ki, dirənir. Ancaq üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, “necə edim”, “etməsəm nə olacaq”, “etsəm hansı təhlükələrlə üzləşəcəyəm” kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar