Xəbər lenti
“ABŞ-la əlaqələrimiz zəifdir, çünki Türkiyə güclənir, Amerika Azərbaycanla…” – Sərkisyan

O qeyd edib ki, Ermənistan-Amerika münasibətlərinə aydın qiymət vermək üçün ilk növbədə, bunu müqayisəli şəkildə nəzərdən keçirmək lazımdır ki, bu münasibətlər 90-cı, 2000-ci və 2010-cu illərdə necə olub və bu gün necədir.
“İkitərəfli münasibətlərin passivliyinin birinci səbəbi odur ki, son illər ABŞ-ın Cənubi Qafqaz siyasəti kifayət qədər passiv olub. Bu, təkcə Tramp administrasiyasına aid deyil, bütövlükdə ABŞ indi regionda 90-cı və ya 2000-ci illərdə olduğundan daha passivdir. Bunun çoxsaylı obyektiv və subyektiv səbəbləri var. Məsələn, Rusiyanın regiona təsirinin artması, Türkiyənin aktivlik faktoru, ABŞ-Azərbaycan, ABŞ-Gürcüstan münasibətləri və s.”, - Sərkisyan bildirib.
Ekspert Türkiyənin Cənubi Qafqazda güclənməsinin və ABŞ-ın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə daha maraqlı olmasının bu ölkənin Ermənistanla əlaqələrinə təsir etdiyini söyləyib.
Onun sözlərinə görə, Ermənistan-Amerika münasibətlərinin passiv vəziyyətinin sübutlarından biri tərəflər arasında yüksək səviyyəli təmasların olmamasıdır ki, bu da gündəmin zəif olduğunu göstərir.
“Demək olar ki, bütün ikitərəfli görüşlərdə ABŞ-ın yardım proqramları müzakirə olunur. Yəni Ermənistan-Amerika münasibətləri Amerikanın humanitar yardımı ətrafında cərəyan edir. Bu, məncə, ikitərəfli münasibətlər üçün yanlış strategiyadır və bu strategiyaya Ermənistan tərəfindən yenidən baxılmalıdır”, - ekspert deyib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar