Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhərlər boşalacaq, ofislərə ehtiyac olmayacaq - Qeyts

Tarix: 02-02-2022 09:19     Baxış: 3147 A- / A+
55
Əsas səhifə > Dünya

“Maykrasoft” şirkətinin yaradıcısı Bill Qeyts rəhbərlikdən kənara çəkildikdən sonra tibb sahəsində xeyriyyəçilik, yeni layihələrə sponsorluq və dünyanın gələcəyi barədə proqnozlar verməyə kifayət qədər vaxt tapıb. Elə bil ay yoxdur ki, o, müsahibələrində gələcək barədə hansısa fikrini bildirməsin.
Manevr.az medicina.az-a istinadla xəbər verir ki, hələ 2015-ci ildə virus xəstəlikləri, bəşəriyyəti pandemiya gözləyəcəyi barədə açıqlama verən Qeytsi elə pandemiyanın təşkilatçısı olmaqda ittiham edirlər.
O isə bütün bunları analizləri sayəsində dediyini bildirib.
Son geniş müsahibəsində Bill vaksinlərin perspektivi, pandemiyanın sonu və pandemiyadan sonra dünyada hansı dəyişikliklər olacağı barədə sensasion açıqlama verib.
O hesab edir ki, koronavirus bizim həyatımızdan əbədi olaraq itməyəcək. Bu o deməkdir ki, dünyada ara-sıra regional olaraq xəstəlik, infeksiya alovlanmaları olacaq. Ona görə bütün ölkələrdə vaksinlər əlçatan olmalıdır.
Qeyts virtual məkana öyrəşməyimizi də önə çəkib. Söhbət heç də xəstəliyə görə distant təhsil və işləməkdən də getmir. Tezliklə ali təhsil, kurslar, hətta həkim müayinələri də onlayn formata keçəcək. Bu ənənə tezliklə adi normaya çevriləcək.
“Pandemiya hətta yaşayış və iş yerlərinə tələbi də dəyişəcək. Distant təhsil və işə keçdikdən sonra insanlar artıq iş yerlərnə yaxın ərazilərdə ev axtarmayacaq. İri şəhərlər, biznes küçələri boşala bilər. İnsanlar rahatlıqla şəhərdən kənarda, daha sakit ərazilərdə yerləşib, işləyə biləcək.
Pandemiyadan sonra sakit, uzaq, təbiətə yaxın rayonlar tələbatlı olacaq. Ofislərə bağlılıq azalacaq, heç kim ofisdən asılı olmayacaq. Ofis icarəsi, kirayəsi düşəcək. Bu da qiymətlərə təsir edəcək. Hətta iri şirkətlərin də holdinq binalarına, bahalı ofislərə ehtiyacı olmayacaq. Onlar öz aralarında birləşib, bir ofis icarələyəcək və ya növbə ilə eyni yerdən istifadə edəcəklər.
Koronavirus pandemiyası insanlığa çox şeylərdə dərs oldu. Nəticə etibarilə, bu sınaq artıq gələcək pandemiyalardan daha rahat çıxmağa zəmin yaradacaq. İnsanlar buna hazır olacaq”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar