Xəbər lenti
Putini nə qədər yaxşı tanıyırıq? – Babası Stalinin aşpazı, atası isə...
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Akşam” qəzeti yazıb.
Həmin məqalədən bir hissəni təqdim edirik:
1999-cu ildən Rusiyaya rəhbərlik edən Putin son vaxtlar Ukraynaya qarşı işğal planları ilə gündəmdədir.
Əslində, Vladimir Putinin ailə keçmişi onun xarakteri ilə bağlı mühüm dönüş nöqtələrini ehtiva edir. Məsələn, Putinin ailəsi Kremlə yad deyil, onun babası həm Leninin, həm də Stalinin aşpazı olub.
Putinin ailə hekayəsində İkinci Dünya Müharibəsi mühüm yer tutur. Məlum olduğu kimi, nasist Almaniyası İkinci Dünya Müharibəsi illərində Leninqradı mühasirəyə alınıb və uzun müddət buna qarşı müqavimət göstərib. Putinin atası könüllü olaraq orduya qatılıb, almanlara qarşı vuruşub və döyüşlərdə ağır yaralanıb. Həmin vaxt Leninqradda olan anası və qardaşı da şəhərdəki bir çox ruslar kimi mühasirənin yaratdığı aclıq və xəstəliklə mübarizə aparıb. Putinin anası aclıqdan ölüb, böyük qardaşı isə gənc yaşlarında difteriyadan vəfat edib.
Digər tərəfdən, eyni illərdə Tverdə yaşayan nənəsi alman işğalçıları tərəfindən öldürülüb. Məzarı üstündə də onun “alman faşistləri tərəfindən öldürüldüyü” yazılıb.
Putinin “Böyük Rusiya” ekspansionist ideallarına və rus milli kimliyinə sadiqliyini müəyyən dərəcədə bu ailə fonunda görmək olar. Əslində, belə faciəli şəkildə yadelli işğalları ilə üzləşmiş bir ailənin övladlarının bu izləri daşımayacağını təsəvvür etmək mümkün deyil.
Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) daxil olub. Putinin KQB karyerasının təfərrüatları tam məlum deyil. Onun bu qurumdakı keçmişi ilə bağlı ən çox danışılan iddialardan biri Berlin divarının yıxılması ilə onun KQB-nin Drezdendəki (Şərqi Almaniya) qərargahını əhatə edən nümayişçilərə qarşı təkbaşına çıxmasıdır. “Binaya girsələr, nümayişçilərin başına yaxşı bir şey gəlməcəyək”, deyərək onları hədələmişdi. Putinin KQB arxivinin mühüm sənədlərinin əksəriyyətini şəxsən yandırdığı da iddialar arasındadır.
Sovet İttifaqının dağılması Putinin hələ də unuda bilmədiyi bir travmadır. Putin bu gün də SSRİ-nin dağılmasını “indiyə qədər baş vermiş ən böyük geosiyasi fəlakət” adlandırır və buna üzülməyənlərin “ürəksiz” olduğunu deyir. Çünki dünyanın ən böyük fövqəldövləti və Rusiya tarixinin zirvələrindən biri onların gözləri önündə dağılıb.
Sovet İttifaqının dağılması travması ilə KQB sıralarını tərk edib. 2021-ci ildə verdiyi müsahibədə dediyi kimi, daha sonra öz şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərib.
Putin dövründə Cənubi Osetiya və Abxaziya ilə başlayan, daha sonra Krımla davam edən və hazırda Ukraynanın şərqində və hətta bütün Ukrayna ilə davam edəcəyi iddia edilən Rusiyanın işğalçılıq siyasətinin izlərini həm Putinin keçmişində, həm də Sovet İttifaqının yaratdığı travmada axtarmaq mümkündür. Çünki Putin heç vaxt bu çöküşü və müstəqillik qazanmış ölkələrin Rusiyadan uzaqlaşmasını qəbul etmək istəməyib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar