Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan ABŞ-dan raket kompleksləri alacaq

Tarix: 31-01-2022 22:19     Baxış: 4178 A- / A+
Gürcüstan ABŞ-dan raket kompleksləri alacaqGürcüstan hökuməti ABŞ-dan tank əleyhinə “Javelin” raket kompleksləri alacaq. Silahları almaqda məqsəd ölkənin müdafiə qabiliyyətini artırmaqdır.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin yanvarın 31-də keçirilən iclasında məlumat verib.

Baş nazir deyib ki, ABŞ Dövlət Departamenti 2021-ci ildə Gürcüstana 30 milyon dollar dəyərində əlavə “Javelin” raketlərinin satışı barədə qərar qəbul edib. Gürcüstanın Müdafiə Nazirliyi “Javelin” qurğularını iki ölkə arasında imzalanmış saziş əsasında sürətləndirilmiş qaydada alacaq.

Raket kompleksi üçün nəzərdə tutulmuş vəsaitin 26 milyon 246 min 866 dolları ABŞ-ın ayırdığı vəsait, qalanı isə Gürcüstanın dövlət büdcəsi hesabına ödəniləcək.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk hissəsini 2018-ci ildə alıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar