Los-Anceles merinin beynəlxalq məsələlər üzrə birinci müavini Nina Xaçikyan ABŞ Müdafiə Nazirliyinin Siyasət Şurasının üzvü təyin edilib.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın "Hraparak" nəşrinin yazdığına görə, bu barədə Amerika Erməni Assambleyasının saytında məlumat yayıb.
Şuraya ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt və Henri Kissincer kimi tanınmış simaların daxil olduğu da vurğulanır.
Diplomat və siyasətçi Xaçikyan bundan əvvəl ABŞ-ın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasında (ASEAN) səfiri olub. Xidmətlərinə görə o, Dövlət Departamentinin ən yüksək fəxri mükafatına layiq görülüb.
"Asambleya bu mötəbər təyinat münasibətilə səfir Xaçikyanı təbrik edir. Səfirin çoxillik təcrübəsini və biliyini nəzərə alsaq, onun ləyaqətlə xidmət edəcəyinə şübhəmiz yoxdur", - Assambleyanın həmsədrləri Entoni Barsamyan və Van Krikoryan bildiriblər.
Səfir Xaçikyan eyni zamanda Amerika Tərəqqi Mərkəzinin baş elmi işçisi və baş vitse-prezidenti vəzifələrində çalışıb və Prezident Obamanın 2012-ci il prezidentlik kampaniyası üçün Asiya siyasəti üzrə həm-direktor olub. Nina Xaçikyan eyni zamanda RAND Asiya-Sakit Okean Siyasəti Mərkəzinin direktoru işləyib və 1998-1999-cu illərdə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının heyətində çalışıb. Çoxlu kitablar, məruzələr və məqalələr yazıb.
O, 200-dən çox indiki və keçmiş səfirin daxil olduğu Amerikaya Xidmət edən Qadın Səfirlər Assosiasiyasının təsisçisi, bir sıra digər təşkilatların həmtəsisçisi, idarə heyətinin üzvü və s. ictimai vəzifələrə də malikdir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar