İsveçin “Corvid Cleaning” şirkəti qarğalara şəhər küçələrindən siqaret kötükləri və kiçik tullantıları toplamaq üçün təlim keçir, quşlar onları qida ilə əvəz edə biləcək.
Manevr.az “report”a istinadən xəbər verir ki, quşlar zibil toplamaq və onları əməyin qarşılığında yemək verəcək xüsusi avtomata yerləşdirmək üçün addım-addım kurs keçməli olacaqlar.
”Qarğaları əhliləşdirmək daha asandır və onların bir-birindən öyrənmə şansları yüksəkdir. Eyni zamanda onların səhvən hansısa zibil yeməsi riski də azdır”, - “Corvid Cleaning”in qurucusu Kristian Günter-Hanssen bildirib.
Qarğaların əvvəlcə paytaxt Stokholmun yaxınlığında yerləşən Södertelye şəhərində küçələrin təmizlənməsinə cəlb olunacağı gözlənilir. İlkin hesablamalara görə, quşların köməyi ilə yerli bələdiyyə siqaret kötüklərinin təmizlənməsi xərclərini ən azı 75 % azalda bilər. Əgər pilot layihə özünü doğrultsa, o zaman bu təcrübə ölkənin digər şəhərlərində də tətbiq oluna bilər.
“Keep Sweden Tidy Foundation” qeyri-kommersiya təşkilatının məlumatına görə, hər il İsveç küçələrində 1 milyarddan çox siqaret kötüyü qalır ki, bu da bütün zibillərin 62 %-ni təşkil edir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar